Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakı Apelyasiya Məhkəməsi Suraxanı rayonunun hərbi komissarı barədəki həbs qətimkan tədbirini dəyişməyib.
Məhkəmədən Trend-ə verilən məlumata görə, bu gün hərbi komissar Təvəkkül Ağayevin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Bakı Hərbi Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib.
Bir neçə gün öncə Bakı Hərbi Məhkəməsi Ağayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Ağayev barəsində rüşvət alma, hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə maddələri üzrə cinayət işi başlanılıb, istintaq aparılır.