...

Rusiyada azərbaycanlılarla kalmıklar arasında münaqişə olub

Hadisə Materials 9 May 2011 12:09 (UTC +04:00)
Rusiyada ötən gün azərbaycanlılarla kalmıklar arasında dava düşüb.
Rusiyada azərbaycanlılarla kalmıklar arasında münaqişə olub

Azərbaycan, Bakı, 9 may /Trend/

Rusiyada ötən gün azərbaycanlılarla kalmıklar arasında dava düşüb.

Trend-in Rusiya KİV-inə istinadən yaydığı məlumata görə, RF-nin Sankt-Peterburq şəhərində baş verən münaqişə kütləvi davaya çevrilmədən, qarşısı alınıb.

Sankt-Peterburq polisinin məlumatına görə, azərbaycanlılar və kalmıklardan ibarət qrup şəhərin Aviatorlar parkında münasibətlərinə aydınlıq gətirmək üçün toplaşıblar.

Polis əməkdaşları parka daxil olaraq olaya müdaxilə etsə də, toqquşmanın qarşısını ala bilməyiblər.

Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Baş İdarəsinin məlumatına görə, toqquşmada 60-70-dək adam iştirak edib. Şahidlərin sözlərinə görə, odlu silahdan da istifadə edilib.

Hazırda kütləvi davaya cəhd edənlər dindirilir, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti