...

Ağstafada yol polisinin rəisi bıçaqlanıb

Hadisə Materials 28 May 2011 12:09 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 27-də saat 11:00 radələrində Ağstafa şəhər sakini Rauf Qəniyevə məxsus "VAZ-21011" markalı avtomaşın evinin qarşısından qaçırılıb.
Ağstafada yol polisinin rəisi bıçaqlanıb

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir K.Zərbalıyeva/

Ağstafa şəhər sakini polis rəisinə bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 27-də saat 11:00 radələrində Ağstafa şəhər sakini Rauf Qəniyevə məxsus "VAZ-21011" markalı avtomaşın evinin qarşısından qaçırılıb.

Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış həmyerlisi Ramil Yaqubov avtomaşınla birgə saxlanılaraq şöbəyə gətirilib.

Şöbənin həyətində olarkən Yaqubov qəflətən cib bıçağı ilə Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Hidayət Kərimovə yüngül xəsarət yetirib.

Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti