...

Bakı İstintaq Təcridxanasında narkoman ölüb

Hadisə Materials 2 İyun 2011 12:14 (UTC +04:00)
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 31-də səhər saatlarında təcridxananın tibbi sanitar qovşağında 43 yaşlı Cəlilabad sakini İlham Həşimov baş-beyin qan dövranınınkəskin pozulması nəticəsində dünyasını dəyişib.
Bakı İstintaq Təcridxanasında narkoman ölüb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 31-də səhər saatlarında təcridxananın tibbi sanitar qovşağında 43 yaşlı Cəlilabad sakini İlham Həşimov baş-beyin qan dövranının kəskin pozulması nəticəsində dünyasını dəyişib.

Mərhumun narkomaniyadan əziyyət çəkdiyi bildirilir.

Həşimov Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik maddə saxlama, gəzdirmə və satma (234.1) maddəsi ilə təqsirləndirilərək barəsində Cəlilabad rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti