...

Qubada avtomobil körpüdən aşıb, 3 nəfər xəsarət alıb

Hadisə Materials 9 İyul 2011 12:24 (UTC +04:00)
Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü və 2 sərnişin xəsarət alıb.
Qubada avtomobil körpüdən aşıb, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Qubada avtomobil körpüdən aşıb, 3 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Qaraçay çayının Quba rayonu ərazisindən keçən hissəsində "Prado" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq Qaraçay körpüsündən aşıb.

Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü və 2 sərnişin xəsarət alıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış avtomobildən çıxararaq ilkin tibbi yardım göstərib və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti