...

Bakı polisi 12 ton armatur oğurlamaq istəyən şəxsləri saxlayıb

Hadisə Materials 9 İyul 2011 12:51 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Bakı polisi 12 ton armatur oğurlamaq istəyən şəxsləri saxlayıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi 12 ton armatur oğurlamaq istəyən şəxsləri saxlayıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Buzovna qəsəbəsində "Azimport" MMC-yə məxsus 12 ton armaturu oğurlamağa cəhd göstərmiş "MAZ" markalı avtokranın sürücüsü, Qazax rayon sakini Əli Xalsayev, "KamAZ" markalı avtomaşının sürücüsü, Neftçala rayon sakini Elton Bağırov və sərnişini, həmyerlisi Təbiz İbrahimov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti