...

Gədəbəydə 5 kiloqramdan çox marixuana satan şəxs tutulub

Hadisə Materials 11 İyul 2011 13:16 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Gədəbəydə 5 kiloqramdan çox marixuana satan şəxs tutulub

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Gədəbəydə 5 kiloqram 400 qram marixuana satan şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi və Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Çayrəsullu kənd sakini Yusif Cəfərov 5 kiloqram 400 qram marixuananı satarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti