...

"Nizami" metrosunda qatarın altına düşən qadının şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 25 İyul 2011 12:50 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakı Metropoliteninin "Nizami" stansiyasında bir nəfər qatarın altına düşüb.
"Nizami" metrosunda qatarın altına düşən qadının şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

3-cü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 11:27-də yayılıb)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "Nizami" stansiyasında bir nəfər qatarın altına düşüb.

Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend-ə bildirilib ki, qatarın altına düşən şəxsin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə nəticəsində qatarın hərəkətində fasilə yaranıb.

Özünü qatarın altına atan şəxsin 55 yaşlı Məhəbbət Paşayeva olduğu müəyyənləşib. O Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Təbbi Mərkəzin baş həkiminin müavini Adil Salahov Trend-ə bildirib ki, Paşayeva təxminən yarım saat əvvəl xəstəxanaya gətirilib. Xəstənin vəziyyəti ağırdır. Hazırda xəstə müayinələrdən keçirilir. Ehtiyac olarsa, Paşayeva əməliyyat olunacaq.

Hadisənin hansı səbəbdən baş verdiyi hələki məlum deyil.

Xəbər lenti

Xəbər lenti