...

İsmayıllıda güclü yanğının qarşısı alınıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 27 İyul 2011 17:35 (UTC +04:00)
İsmayıllı rayonu, Gəraybəyli kəndi ərazisində güclü yanğın başlayıb.
İsmayıllıda güclü yanğının qarşısı alınıb (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə edilib (İlk xəbər 15:46-da yayılıb)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

İsmayıllı rayonu, Gəraybəyli kəndi ərazisində güclü yanğın başlayıb.

İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov Trend-ə bildirib ki, ərazi dağlıq olduğundan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin iki vertolyotu, canlı qüvvəsi və ətraf kəndlərin sakinləri cəlb olunub.

Əhmədov yanğının kiçik ağac və kolluqlardan ibarət sahədə baş verdiyini bildirib.

İlkin ehtimala görə, yanğına güclü istilər səbəb olub.

Əhmədov daha sonra Trend-ə deyib ki, bələdiyyəyə məxsus 5 hektar ərazidə kol-kos yanıb. Yanğının ətraf ərazilərə keçməsinin əsasən qarşısı alınıb. Yanğının söndürülməsi üçün lazımi işlər görülüb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, İsmayıllı rayonu, Gəraybəyli kəndi ərazisində quru ot, kol-kos və xırda ağacların yanması və yanğının genişlənərək meşə zolağına keçməsi təhlükəsinin yaranması barədə məlumat daxil olub. Yanğının dağlıq ərazidə olmasını nəzərə alaraq, dərhal nazirliyin 200 nəfərə yaxın canlı qüvvəsi və 11 ədəd texnikası, o cümlədən 3 vertolyotu hadisə yerinə cəlb edilib. Hazırda 3-4 hektar sahəni əhatə edən yanğınla mübarizə davam edir.

Xəbər lenti

Xəbər lenti