...

Bakıda ağır yol qəzası; ölənlər var

Hadisə Materials 3 Avqust 2011 12:59 (UTC +04:00)
Bakıda baş verən ağır yol qəzasında iki nəfər ölüb
Bakıda ağır yol qəzası; ölənlər var

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bakıda baş verən ağır yol qəzasında iki nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən çərşənbə günü Trend-ə bildiriblər ki, dünən axşam saatlarında
Bakı şəhəri, Xətai rayonunda "Vaz" və "Chevrolet" markalı 2 minik avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Vaz" markalı avtomobilin sürücüsü - 1984-cü il təvəllüdlü Vəliyev Amil Rüfət oğlu və "Chevrolet" markalı minik avtomobilinin sürücüsü Nağıyev Teymur həlak olub. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobillərdə sıxılmış vəziyyətdə qalmış Vəliyevin və Nağıyevin cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti