...

Gürcüstanda xarici turistlər yol qəzasına düşüblər (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Avqust 2011 12:45 (UTC +04:00)
Saqareco rayonunun Badiauri kəndində avtomobil qəzası baş verib. Xarici turistləri Saqnaxidən Tbilisiyə aparan avtobus mikroavtobusla toqquşub.
Gürcüstanda xarici turistlər yol qəzasına düşüblər (ƏLAVƏ OLUNUB)

Xəsarət alanların vətəndaşlığı barədə məlumat əlavə olunub (ilk xəbər saat 12:30-də yayılıb)

Gürcüstan, Tbilisi, 5 avqust /Trend, müxbir N.Kirsxaliya/

Saqareco rayonunun Badiauri kəndində avtomobil qəzası baş verib. Xarici turistləri Saqnaxidən Tbilisiyə aparan avtobus mikroavtobusla toqquşub.

Mikroavtobusun 8 sərnişinindən 7-si xəsarət alıb. Onlarda ikisi ağır vəziyyətdədir. İlkin məlumatlara görə, xarici vətəndaşlar xəsarət almayıb.

Kaxeti İnformasiya Mərkəzinin məlumatına görə, xəsarət alanlar Saqareco rayon xəstəxanasına çatdırılıblar. Ağır vəziyyətdə olan iki nəfəri Tbilisiyə gətiriblər.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti