...

Bakıda oğurlanmış avtomobillərin qeydiyyat nişanları aşkarlanıb

Hadisə Materials 18 Avqust 2011 13:03 (UTC +04:00)
Bakı polisi avtomobilin oğurlanmış qeydiyyat nişanlarını başqa avtomobilin üzərində aşkarlayıb.
Bakıda oğurlanmış avtomobillərin qeydiyyat nişanları aşkarlanıb

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi avtomobilin oğurlanmış qeydiyyat nişanlarını başqa avtomobilin üzərində aşkarlayıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 16-da Binəqədi rayonu ərazisində Elşən Baxşəliyevə məxsus "VAZ-2107" markalı avtomaşından oğurlanmış dövlət qeydiyyat nişanları avqust ayının 17-də Moskva prospektində hərəkətdə olan "VAZ-2107" markalı qara rəngli avtomaşının üzərində aşkar edilib.

Faktla bağlı müvafiq tədbirlər görülməsi üçün Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patru Xidməti əməkdaşları məlumatlandırılıb, görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılıb.

Lakin sürücü düşərək qaçıb.

Araşdırmalar zamanı avtomaşının Binəqədi rayonu ərzisindən qaçırılması və Füzuli rayon sakini Zaur Xankişiyevə məxsus olması müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti