...

Gürcüstanda erməni turistləri aparan avtobus uçuruma yuvarlanıb

Hadisə Materials 18 Avqust 2011 19:20 (UTC +04:00)
Bu gün axşam Tbilisidə Kazbek yolunda erməni turistləri aparan avtobus 15 metrlik uçuruma yuvarlanıb
Gürcüstanda erməni turistləri aparan avtobus uçuruma yuvarlanıb

Gürcüstan, Tbilisi, 18 avqust /Trend, müxbir N.Kirsxaliya/

Bu gün axşam Tbilisidə Kazbek yolunda erməni turistləri aparan avtobus 15 metrlik uçuruma yuvarlanıb.

Bu barədə Trend-ə Msxeta-Tianeti regionu qubernatorunun müavini Qivi Amirxanaşvili məlumat verib.

"İmedi" telekanalının məlumatına görə, qəza Qudauri rayonunda olub. Həlak olan yoxdur, 12 nəfər ciddi xəsarət alıb, turistlərin üçü ağır vəziyyətdə xəstəxanaya aparılıblar.

Hadisə yerinə xilasedicilər və tibb işçiləri gəlib.

Xəbər lenti

Xəbər lenti