...

Sel Gürcüstan-Azərbaycan sərhədində hərəkəti çətinləşdirib

Hadisə Materials 22 Avqust 2011 11:05 (UTC +04:00)
Bazar ertəsi səhər saatlarından etibarən Gürcüstan-Azərbaycan sərhədindəki avtomobil yolunda bərpa işlərinə başlanılıb.
Sel Gürcüstan-Azərbaycan sərhədində hərəkəti çətinləşdirib

Gürcüstan, Tbilisi, 22 avqust /Trend, müxbir N.Kirsxaliya/

Bazar ertəsi səhər saatlarından etibarən Gürcüstan-Azərbaycan sərhədindəki avtomobil yolunda bərpa işlərinə başlanılıb. Kaxeti regionunun qubernatoru Qiorqi Qviniaşvilinin Trend-ə verdiyi məlumata görə, dünənki daşqın Laqodexi rayonunda Gürcüstanla Azərbaycan arasındakı nəzarət-buraxılış məntəqəsindən bir neçə kilometr kənardakı yolu yuyub aparıb.

Hazırda əlaqələndirici yolda nəqliyyatın hərəkəti yalnız bir istiqamətdə həyata keçirilir ki, bununla əlaqədar hər iki istiqamətdə sərhədi keçmək çətinləşib.

Qviniaşvilinin dediyi kimi, təbii fəlakət nəticəsində kəndi su basıb, su yolları və körpüləri yuyub aparıb.

Laqodexi rayonunun əhalisi azərbaycanlılardan ibarət olan Qəbələ kəndində 500-ə yaxın evi su basıb. 80 ailə öz evini tərk etməli olub. Kənd sakinləri bildirirlər ki, məcrasından çıxan Qəbələ çayı evləri tamamilə basıb, əkin sahələrini, ev heyvanlarını və qış üçün yığılan ərzaq ehtiyatını məhv edib. Onlar hakimiyyətdən kömək istəyirlər.

Hazırda hava yaxşılaşır və səhər saatlarından xilasetmə xidməti bütün zəruri işləri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti