...

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndi su basıb

Hadisə Materials 22 Avqust 2011 10:58 (UTC +04:00)
Gürcüstanın Kaxeti regionunun əhalisi azərbaycanlılardan ibarət olan Qəbələ kəndini su basıb.
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndi su basıb

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Gürcüstanın Kaxeti regionunun əhalisi azərbaycanlılardan ibarət olan Qəbələ kəndini su basıb.

Trend-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumatına görə, avqustun 21-də Qəbələ çayının suyunun kəndin ərazisinə daşması nəticəsində əhali evlərin ikinci mərtəbəsinə və damına çıxmağa məcbur olub.

Ötən gündən davam edən leysan suyun səviyyəsinin bir qədər də qalxmasına səbəb olub.

Regionun qubernatoru Qiorqi Qviniaşvili bildirib ki, kəndin bir hissəsi tamamilə suyun altında qalıb və oradan insanlar təxliyə olunub. O bildirib ki, ehtiyac olduqda insanlar vertolyotlarla xilas ediləcək.

Sinoptiklər yaxın günlərdə Kaxeti bölgəsində yağıntıların davam edəcəyini proqnozlaşdırırlar ki, bu da vəziyyəti daha da ağırlaşdıra bilər.

Xəbər lenti

Xəbər lenti