...

Türkiyədə terrorçular polis məntəqəsinə hücum ediblər

Hadisə Materials 23 Avqust 2011 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Bu gecə Türkiyənin Əlazığ şəhərində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) döyüşçüləri polis məntəqəsinə silahlı hücum ediblər. Trend-in məlumatına görə, bu barədə "Milliyət" qəzeti yazır.

Hücum zamanı terrorçular yalnız atıcı silahlardan deyil, qumbaraatanlardan da istifadə ediblər.

Terrorçularla polis arasında iki saat davam edən atışma olub. Hücumun dəf edilməsi zamanı iki polis və bir mülki şəxs yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Xəbər lenti

Xəbər lenti