...

ABŞ-da "Ayrin" qasırğası nəticəsində ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 Avqust 2011 11:19 (UTC +04:00)

Son iki abzas əlavə edilib (ilk xəbər avqustun 28-də yayılıb)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

"Ayrin" qasırğası Nyu-Yorka çatıb. Şəhərin meri Maykl Blumber əhaliyə təhlükə sovuşana qədər evlərini tərk etməmələrini tövsiyə edib.

Trend-in məlumatına görə, sürəti saatda 136 km-ə çatan "Ayrin" qasırğası Vaşinqtona yaxınlaşır. Amerika paytaxtında 150 minə qədər insan işıqsız qalıb. Hələlik şəhərdə vəziyyət sakitdir, amma əsas zərbə hələ qabaqdadır.

Avqustun 28-i səhər "Ayrin" qasırğası Nyu-Yorkda həyatı iflic vəziyyətinə salıb. Nyu-Yorkda ictimai nəqliyyat işləmir, əksər tədbirlər təxirə salınıb.

ABŞ hökuməti xəbər verir ki, "Ayrin" qasırğası nəticəsində artıq 10 nəfər ölüb, 2 milyona yaxın insan öz evini tərk edib.

ABŞ rəsmilərinin məlumatına görə, qasırğa nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Məlumata görə, ABŞ-ın əsas iri şəhərləri üçün qasırğa təhlükəsi geridə qalıb. Nyu-York rəsmiləri sakinləri evlərinə qayıtmağa icazə verib.

Xəbər lenti

Xəbər lenti