...

Zaqatalada avtomobili qaçıran şəxs tutulub

Hadisə Materials 31 Avqust 2011 12:56 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 28-də Həsrət Məmmədova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılıb və onu qaçıran şəxs avtomobili idarə edərkən Qədir Məhərrəmovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.
Zaqatalada avtomobili qaçıran şəxs tutulub

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Zaqatalada bir neçə gün əvvəl avtomobili qaçıran şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 28-də Həsrət Məmmədova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılıb və onu qaçıran şəxs avtomobili idarə edərkən Qədir Məhərrəmovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.

Zaqatala rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Aşağı Tala kənd sakini İslam Ömərov tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti