...

Bakıda eks-prezident Ayaz Mütəllibovun nəvəsinin törətdiyi yol qəzasında ölənlərin şəxsiyyətləri müəyyənləşib

Hadisə Materials 9 Sentyabr 2011 14:50 (UTC +04:00)
Bakıda eks-prezident Ayaz Mütəllibovun 19 yaşlı nəvəsinin törətdiyi yol qəzasında ölənlərin adları açıqlanıb.
Bakıda eks-prezident Ayaz Mütəllibovun nəvəsinin törətdiyi yol qəzasında ölənlərin şəxsiyyətləri müəyyənləşib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda eks-prezident Ayaz Mütəllibovun 19 yaşlı nəvəsinin törətdiyi yol qəzasında ölənlərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən saat 12:30 radələrində Mərdəkan istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Mədinə Mütəllibova idarə etdiyi "Lexus" markalı avtomobillə Bakı şəhər sakinləri 1948-ci il təvəllüdlü Məhərrəm Hüseynov, həyat yoldaşı 1954-cü il təvəllüdlü Solmaz Hüseynova və nəvəsi, 2007-ci il təvəllüdlü Nihad Hüseynovu vurub.

Hadisə zamanı baba və nəvə həlak olub, Hüseynova isə ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, yol qəzasını törədən Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Trend-ə açıqlamasında Mədinə Mütəllibovanın Ayaz Mütəllibovun nəvəsi olduğunu təsdiqləyib. ASDP sədri bildirib ki, hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib.

Xəbər lenti

Xəbər lenti