...

Qusar rayonunda toyda dava ölümlə nəticələndi

Hadisə Materials 11 Sentyabr 2011 14:08 (UTC +04:00)
Qusar rayonunda təşkil olunan toy mərasimində qan düşüb.
Qusar rayonunda toyda dava ölümlə nəticələndi

Azərbaycan, Quba, 11 sentyabr /Trend, müxbir E. Mamasifov/

Qusar rayonunda təşkil olunan toy mərasimində qan düşüb. Rayon prokroru Zahid Vəliyevin verdiyi məlumata görə, mərasimdə iştirak edən 1979-cu il təvəllüdlü Talıbov Kamil Şöhrət oğlu naməlum şəxslər tərəfindən döyülüb. Aldığı zərbələrdən sonra halı pisləşən K.Talıbov gecə saatlarında dünyasını dəyişib.

Prokuror Zahid Vəliyev bildirib ki, hazırda qətli törətməkdə şübhəli bilinən şəxşlər müəyyənləşdirilir. Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti