...

Türkiyədə terrorçuların hücumu nəticəsində beş nəfər həlak olub, on nəfər yaralanıb

Hadisə Materials 12 Sentyabr 2011 10:32 (UTC +04:00)
Bazar günü gecə Türkiyədə PKK (Kürd Fəhlə Partiyası) terrorçularının hücumu nəticəsində üç mulki şəxs, bir əsgər və bir polis həlak olub.
Türkiyədə terrorçuların hücumu nəticəsində beş nəfər həlak olub, on nəfər yaralanıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Bazar günü gecə Türkiyədə PKK (Kürd Fəhlə Partiyası) terrorçularının hücumu nəticəsində üç mulki şəxs, bir əsgər və bir polis həlak olub. Daha on nəfər, o cümlədən 7 hərbiçi yaralanıb. Bu barədə Trend Dogan agentliyinə istinadən xəbər verir.

Eyni vaxtda terrorçular Hakkari vilayətinin cənub-şərqində Şemdinli rayonundakı jandarmeriya idarəsinə də atəş açıblar. Atışma iki saata yaxın davam edib.

Rayonda "Kobra" helikopterləri tətbiq olunmaqla terrorçulara qarşı əməliyyatlara başlanılıb.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti