...

Bakıda avtomobil təmiri sexində partlayışda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşib

Hadisə Materials 13 Sentyabr 2011 14:12 (UTC +04:00)
Bakıda avtomobil təmiri sexində partlayışda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşib.
Bakıda avtomobil təmiri sexində partlayışda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil təmiri sexində partlayışda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşib.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Qala qəsəbəsindəki avtomobil təmiri sexində baş verən partlayışda həmin sexdə usta işləyən Bəydəmirov Vahid Ələşrəf oğlu ölüb, sürücü Quliyev Nemət Mahmud oğlu xəsarət alıb.

Prokurorluqdan bildirilib ki, hadisəyə avtomobilin təkərinin partlaması səbəb olub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, zərərçəkmiş ağır vəziyyətdə 5 saylı Klinik Xəstəxananın yanıq mərkəzinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti