...

Əfqanıstanın sabiq prezidenti Bürhanəddin Rəbbani öldürüldü

Hadisə Materials 20 Sentyabr 2011 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Əfqanıstanda "Taliban"la müzakirələrə rəhbərlik edən Ali Sülh Şurasının başçısı, sabiq prezident Bürhanəddin Rəbbani paytaxt Kabildəki evində partlayıcı qurğunun işə düşməsi nəticəsində dünyasını dəyişib.

Trend-in məlumatına görə, Əfqanıstanın məsul şəxsləri bildiribləri ki, hadisə əsnasında Rəbbani iki "Taliban" üzvü ilə danışıqlar aparıb. Ancaq bu şəxslərin həmin hadisədə iştirak edib-etmədiyi hələ məlum deyil. Bəzi mənbələr bunun terrorçu-intiharçı hücumu olduğunu bildirirlər. Keçmiş prezident Rəbbani eyni zamanda müxalifət lideri idi.

Bu yaxınlarda İranda dini konfransda iştirak edən Rəbbani müsəlman din xadimlərini terrorçu-intiharçı hücumlarına qarşı birləşməyə çağırmışdı.

Hazırkı prezident Həmid Kərzai Ali Sülh Şurasını əfqan xalqının ən böyük ümidi kimi xarakterizə edərək, "Taliban"ı bu fürsəti əldən verməməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti