Azərbaycan, Bakı, 4 oktyabr /Trend/
Tümendə "Kolço" meyvə-tərəvəz bazarının ərazisində baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Trend-in "Ria Novosti"-yə istinadən verdiyi məlumata görə, dünən axşam bazarın işçiləri ilə yük maşınının sürücü arasında münaqişə baş verib. Onlar arasında yaranan mübahisəyə ətrafdakılar da qoşulub.
Münaqişə zamanı odlu silahdan istifadə olunub və bir azərbaycanlı başından ağır yaralanıb. Xəstəxanaya çatdırılan yaralı orda dünyasını dəyişib.
Hadisə zamanı dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
"Sayqa" və "Vepr" markalı iki ov karabini, travmatik tapança və üç bıçaq götürülüb. Atışmada iştirak edən şəxslər həbs olunub, bir nəfərin axtarışı isə davam edir.