...

İranda 37 qadın və qızı zorlayan 67 yaşlı kişi edam olunacaq

Hadisə Materials 5 Oktyabr 2011 14:14 (UTC +04:00)
İranın İsfahan şəhərində 37 qadın və qızı zorlamaqda ittiham olunan 67 yaşlı "Qoca tülkü" ləqəbli kişi edam olunacaq. Onun edam hökmü üç gün sonra İsfahanda icra olunacaq.
İranda 37 qadın və qızı zorlayan 67 yaşlı kişi edam olunacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranın İsfahan şəhərində 37 qadın və qızı zorlamaqda ittiham olunan 67 yaşlı "Qoca tülkü" ləqəbli kişi edam olunacaq. Onun edam hökmü üç gün sonra İsfahanda icra olunacaq. Bunu İsfahan şəhər prokroru Məhəmmədrza Həbibi deyib. Bu barədə Trend çərşənbə günü İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxs barəsində cinayət işi 2006-cı ildən başlanılıb. Əhməd adlı şəxsin iki arvadı olub. O özünü polis, vəkil, yardım təşkilatının nümayəndəsi və digər vəzifəli şəxs kimi qələmə verərək evlərə gedib, evdə tək olan qadın və qızları zorlayırmış.

"Qoca tülkü"nün evində axtarış zamanı onun törətdiyi cinayətlərdən çəkilmiş 100 saatlıq film müsadirə olunub.

Xəbər lenti

Xəbər lenti