...

Türkiyədə mina partlayışı nəticəsində bir nəfər həlak olub

Hadisə Materials 7 Oktyabr 2011 05:07 (UTC +04:00)
Cümə axşamı Türkiyənin cənub-şərqindəki Hakkari əyalətinin Şemdinli rayonunda Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı tərəfindən qoyulmuş minanın partlayışı nəticəsində bir nəfər həlak olub.
Türkiyədə mina partlayışı nəticəsində bir nəfər həlak olub

Azərbaycan, Bakı, 7 oktyabr /Trend müxbir M. Tsurkov/

Cümə axşamı Türkiyənin cənub-şərqindəki Hakkari əyalətinin Şemdinli rayonunda Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı tərəfindən qoyulmuş minanın partlayışı nəticəsində bir nəfər həlak olub.

Trend-in CNN Türk telekanalına istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtı ilə səhər saat 11 radələrində baş verib. Hadisənin başqa təfərrüatları açıqlanmır.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti