...

Bakı polisi silahlı qatili tutmaq üçün gücləndirilmiş iş rejiminə keçib

Hadisə Materials 9 Oktyabr 2011 17:49 (UTC +04:00)
Bakıda bu gün səhər saatlarından polis gücləndirilmiş iş rejiminə keçib.
Bakı polisi silahlı qatili tutmaq üçün gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, K. Zərbalıyeva/

Bakıda bu gün səhər saatlarından polis gücləndirilmiş iş rejiminə keçib.

Sabunçu rayon polis idarəsindən Trend-ə verilən məlumata görə, rayon Kürdaxanı qəsəbə sakini Canbala Atabalayev odlu silahla qətl hadisəsi törədərək VAZ 2107 markalı avtomobillə qaçıb.

Atabalayev qardaşının həyat yoldaşını Mətanət Məlikovanı "Vinçester" markalı silahla qətlə yetirib.

Məlumata görə, onun tutulması uçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanılıb. Bakı şəhərində bütün istiqamətlərdə silahlı polis postları qurulub.

Faktla bağlı rayon prolurorluğunda "Qəsdən adam öldürmə" və "Qanunsuz odlu silah gəzdirmə" maddələri ilə cinayət işi başlanıb.

Yerli mühafizə orqanlarından bildirilib ki, qatilin tutlması məqsədi ilə paytaxtın qonşu rayonlarında əlavə polis postları qurulub.

Xəbər lenti

Xəbər lenti