Masallıda ağır yol qəzası olub, 7 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Masallıda ağır yol qəzası olub, 7 nəfər xəsarət alıb.
Trend-in çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, rayonun Köhnə Alvadi kəndində (rayon mərkəzindən 8 km aralı) "VAZ" və "Nissan" markalı iki minik avtomobili toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "VAZ" markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin, eləcə də, "Nissan" markalı avtomobilin sürücüsü və dörd nəfər xəsarət alıb.
Xilasedicilər çatana kimi yaralılar xəstəxanaya aparılıblar.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri