...

Məhkuma məxsus ərzağın içərisindən narkotik maddə aşkar edilib (FOTO)

Hadisə Materials 22 Oktyabr 2011 13:46 (UTC +04:00)
Məhkuma məxsus ərzağın içərisindən narkotik maddə aşkar edilib.
Məhkuma məxsus ərzağın içərisindən narkotik maddə aşkar edilib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Məhkuma məxsus ərzağın içərisindən narkotik maddə aşkar edilib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzindən şənbə günü Trend-ə verilən məlumata görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1972-ci il təvəllüdlü məhkum Bağırov Vaqif Alekseyeviçə məxsus, mətbəx otağında yerləşən ərzaq saxlanması üçün nəzərdə tutulmuş dolabçadan, "Nescafe klassik" kofe qutusunun içərisindən qara coraba bükülmüş 34,743 qr çəkidə narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Bağırov Cinayət Məcəlləsinin quldurluq (181.2.1; 181.2.2; 181.2.3; 181.2.4; 181.2.5), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.2.1) və azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma ( 304.1) maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti