...

Azərbaycan FHN-in əməkdaşları Vanda dağıntılar altından daha 2 nəfərin cəsədin çıxarıb

Hadisə Materials 24 Oktyabr 2011 12:14 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 1 qadın və 1 kişi cəsədi tapılaraq çıxarılıb.
Azərbaycan FHN-in əməkdaşları Vanda dağıntılar altından daha 2 nəfərin cəsədin çıxarıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 1 qadın və 1 kişi cəsədi tapılaraq çıxarılıb. Trend-in məlumatına görə, bu barədə FHN-in internet saytı xəbər verir.

Bununla da, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından 4 cəsəd çıxarılıb.

Dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycanın Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3,5-3,0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Xəbər lenti

Xəbər lenti