...

AZAL Bakı-London marşrutu ilə hərəkət edən təyyarənin qəza enişi ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 26 Oktyabr 2011 14:47 (UTC +04:00)
Qəza enişi edən "British Airways" şirkətinə məxsus təyyarənin göyərtəsində 47 sərnişin və 7 ekipaj üzvü olub.
AZAL Bakı-London marşrutu ilə hərəkət edən təyyarənin qəza enişi ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir T.Hacıyev, E.İsmayılov/

Qəza enişi edən bmi şirkətinə məxsus təyyarənin göyərtəsində 47 sərnişin və 7 ekipaj üzvü olub. Bu barədə çərşənbə günü Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhərrəm Səfərli məlumat verib.

Səfərlinin sözlərinə görə, qəza enişi zamanı xəsarət alan olmayıb və hazırda təyyarəyə texniki xidmət göstərilir.

bmi şirkətinə məxsus, Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.

Bir qədər əvvəl təyyarənin bu səbəbdən Heydər Əliyev Beynəlxalq Hava Limanına qəza enişi edəcəyi bildirilmişdi. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları hazırlıq vəziyyətinə gətirilmişdi.

Hava Limanından Trend-ə bildiriblər ki, təyyarə artıq normal qəza enişi edib. Qəza enişi zamanı xəsarət alan olmayıb. Nasazlığa mühərriklərdən birinin xarab olması səbəb olub.

Xəbər lenti

Xəbər lenti