Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda yaşayış evində yanğın olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən cümə günü yaydığı məlumata görə, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 32 kv.m sahədə yanıb.
Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən qonşu mənzillərdən 16 nəfər təxliyə edilib və mənzilin qalan hissəsi yanğından mühafizə olunub.