...

İlkin ehtimala görə, Bakının orta məktəbində partlayış qaz sızmasından baş verib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 11 Noyabr 2011 14:42 (UTC +04:00)
İlkin ehtimala görə, Bakının orta məktəbində partlayış qaz sızmasından baş verib (ƏLAVƏ OLUNUB)
İlkin ehtimala görə, Bakının orta məktəbində partlayış qaz sızmasından baş verib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Sonuncu abzas əlavə olunub (İlk xəbər 14:33-də yayılıb)

Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir M.Əliyev/

Bakının 234 saylı orta məktəbində partlayış olub. Bu barədə cümə günü Trend-ə Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Partlayış nəticəsində yuxarı sinif şagirdlərindən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Xəsarət alan 11-ci sinif şagirdi, 17 yaşlı İbadov Məmi Təyyar oğludur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparırlar.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, ilkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. İlkin ehtimala görə, partlayış məktəbin 10-11-ci sinif şagirdlərinin siqaret çəkməsi səbəbindən baş verib.

Xəbər lenti

Xəbər lenti