...

Türkiyədə qaçırılan bərə xüsüsi əməliyyat nəticəsində azad edilib

Hadisə Materials 12 Noyabr 2011 08:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Cümə günü axşam saatlarında Türkiyədə qaçırılan "Kartepe" adlı bərə xüsüsi dəstələrin keçirdiyi əməliyyat nəticəsində azad edilib, Trend məlumatı şənbə günü CNN Türk telekanalına istinadən verib.

Bərəni qaçıran terrorçu tək idi. Əməliyyat nəticəsində o, öldürülüb. Terrorçunun təxminən 28-30 yaşı var idi.

Türkiyənin nəqliyyat naziri Binali Yıldırım daha əvvəl NTV telekanalının efirində bildirib ki, bərə PKK terror təşkilatının üzvləri tərəfindən qaçırılmışdı. Nazirin sözlərinə görə, terrorçularının tələbləri hələ ki məlum deyil.

İzmit limanında qaçırılan "Kartepe"nin göyərtəsində 18 sərnişin və 6 heyət üzvü olmuşdu, deyə nazir bildirmişdi.

Yıldırımın sözlərinə görə, qayığın zəbt edilməsində partladıcı qurğuları olan dörd və ya beş nəfərin iştirak etməsi ehtimal olunurdu.

Bərəni sahil mühafizəsinin altı kateri müşayiət etmişdi.

Xəbər lenti

Xəbər lenti