...

İranda hərbi bazada partlayış nəticəsində ölənlərin sayı 17 çatıb

Hadisə Materials 13 Noyabr 2011 00:17 (UTC +04:00)
Şənbə günü Tehran yaxınlığında İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) hərbi bazasında baş verən partlayışda ölənlərin sayı 17, yaralanların sayı isə 15 çatıb.
İranda hərbi bazada partlayış nəticəsində ölənlərin sayı 17 çatıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Şənbə günü Tehran yaxınlığında İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) hərbi bazasında baş verən partlayışda ölənlərin sayı 17, yaralanların sayı isə 15 çatıb. Bu barədə Trend FARS agentliyinə istinadən xəbər verir.

Paytaxtdan 30 kilometr qərbdə yerləşən Şəhriyar şəhəri ərazisindəki döyüş sursatı anbarında iki partlayış baş verib.

SEPAH-ın mətbuat xidmətinin rəhbəri general Ramazan Şərif bildirib ki, partlayış hərbçilər mərmiləri daşıyarkən baş verib. Məlumatı MEHR agentliyi yayıb.

Partlayış dalğasından Şəhriyar şəhərindəki bir neçə yaşayış evinin şüşələri sınıb. Şahidlərin sözlərinə görə, partlayışın səsi Tehranın mərkəzində də eşidilib.

Məlumata görə, həlak olanların hamısı SEPAH əməkdaşlarıdır.

Xəbər lenti

Xəbər lenti