...

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub

Hadisə Materials 28 Noyabr 2011 13:33 (UTC +04:00)
Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub.
Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, noyabrın 25-də şəhər sakini Musa Məmmədova məxsus "Toyota-Prado" markalı avtomaşından içərisində 10 000 dollar, 1000 avro və 5000 manat pul olan çanta oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çantanı oğurlamış sürücü Yaşar Mustafayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti