...

Tovuz rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 28 Noyabr 2011 17:48 (UTC +04:00)
Azərbaycanın Tovuz rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.
Tovuz rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Tovuz rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.

Trend-in bazar ertəsi Baş Prokurorluğun rəsmi saytına istinadən yaydığı məlumata görə, 27 noyabr 2011-ci il tarixdə saat 17:00 radələrində Tovuz rayonunun Aşağı Ayıblı kəndində kirayədə yaşayan Gədəbəy rayon sakini 1983-cü il təvəllüdlü İbrahimov Şahsuvar Həsən oğlu yaşadığı mənzildə tanışı Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Hüseynov Araz Əli oğlu ilə spirtli içki qəbul etdikdən sonra aralarında baş vermiş mübahisə zamanı sonuncunu bıçaqla vuraraq qəsdən öldürüb.

Tovuz rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə, meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib və iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şahsuvar İbrahimov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti