Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Mehdiyev/
Son iki gündə dörd nəfər dəm qazından zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, dekabrın 2-də Abşeron rayonunun Mehdiabad qəsəbə sakini Sara Əliyeva, dekabrın 1-də Gəncə şəhər sakini Nəsimi Adıgözəlov, Abşeron rayonunun Saray qəsəbə sakini Hikmət Məmmədov, Sumqayıt şəhər sakini Kəmalə İdrisova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin