...

Azərbaycanda yol qəzasında yanaraq ölənlərin bir qisminin şəxsiyyəti müəyyənləşib

Hadisə Materials 5 Dekabr 2011 10:28 (UTC +04:00)
Bazar günü gecə saatlarında Bakı-Quba yolunda baş vermiş yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.
Azərbaycanda yol qəzasında yanaraq ölənlərin bir qisminin şəxsiyyəti müəyyənləşib

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bazar günü axşam saatlarında Bakı-Quba yolunda baş vermiş yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, dünən gecə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində Sumqayıt şəhər sakini Əli Hacıyevin idarə etdiyi BMW markalı minik avtomobili ilə Bakı şəhər sakini Fizuli Müslümoğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını toqquşub və yanğın baş verib.

Nəticədə BMW-nin sürücüsü və 5 sərnişini, yük avtomobilinin sürücüsü və bir sərnişini yanaraq ölüb, yük avtomobilindəki bir sərnişin isə xəsarət alıb.

Sumqayıt şəhər Polis İdarəsinin və Yol Polis şöbəsinin əməkdaşlarının hadisə yerində birgə apardığı araşdırmalar zamanı ölənlərin bir qisminin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

BMW-də olan sərnişinlərdən Vüsal Səlimovun, Ramin Babayevin şəxsiyyəti müəyyənləşib, digər üçünün şəxsiyyətinin dəqiqləşdirilməsi üçün araşdırma aparılır.

Yük avtomobilində Nicat Baxşıyev ölüb, yaralı İlkin Əliyev isə xəstəxanaya aparılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır. Hadisənin səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti