...

Ötən iki gündə Azərbaycanda dəm qazından 1 nəfər ölüb, 9 nəfər zəhərlənib

Hadisə Materials 5 Dekabr 2011 14:49 (UTC +04:00)
Ötən iki gündə Azərbaycanda dəm qazından 1 nəfər ölüb, 9 nəfər isə zəhərlənib.
Ötən iki gündə Azərbaycanda dəm qazından 1 nəfər ölüb, 9 nəfər zəhərlənib

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir E.Mehdiyev/

Ötən iki gündə Azərbaycanda dəm qazından 1 nəfər ölüb, 9 nəfər isə zəhərlənib.

DİN-in mətbuat xidmətindən bazar Trend-ə verilən məlumata görə, dekabrın 4-də Sumqayıt şəhər sakinləri Amalya Səfərova, Məhəbbət Şıxıyeva, Xanım Heydərova, Qəmər Sadıqova, Ülvi Abdullayev, Sevda Əhmədova, Abşeron rayon sakinləri Zərifə Şirinova və Könül Xankişiyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Bundan əlavə dekabrın 5-də Kürdəmir rayonunun Atakişili kənd sakini Rəna Zərbəliyeva və onun qızı 14 yaşlı Aygün evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Aygün orada ölüb, anasının vəziyyəti isə orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti