...

Bakıda bir gündə iki piyada yol qəzasında ölüb

Hadisə Materials 5 Dekabr 2011 15:40 (UTC +04:00)
Bakıda bir gündə iki piyada yol qəzasında ölüb.
Bakıda bir gündə iki piyada yol qəzasında ölüb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bir gündə iki piyada yol qəzasında ölüb.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, bu gün günorta saatlarında Yasamal rayonu ərazisində, Dövlət Statistika Komitəsinin qarşısında naməlum avtomobil Səbuhi Xanlarovu vurub və hadisə yerindən qaçıb.

Xanlarov ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Nərimanov rayonu ərazisində, "Günəş" şadlıq sarayının qarşısında da avtomobil piyadanı vurub.

Piyada hadisə yerində keçinib.

Xəbər lenti

Xəbər lenti