...

Qazaxıstanda iki Azərbaycan vətəndaşı girov götürülüb

Hadisə Materials 12 Dekabr 2011 18:27 (UTC +04:00)
Almatıda narkoman iki Azərbaycan vətəndaşını girov götürüb. Bu barədə bazar ertəsi Trend "Kazakhstan Today" saytına istinadən məlumat verir.
Qazaxıstanda iki Azərbaycan vətəndaşı girov götürülüb

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Almatıda narkoman iki Azərbaycan vətəndaşını girov götürüb. Bu barədə bazar ertəsi Trend "Kazakhstan Today" saytına istinadən məlumat verir.

"Dekabrın 11-də təxminən saat 10:00-da Almatı şəhərinin Daxili İşlər Departamentinin (DİD) Operativ İdarə Mərkəzinə Muradbayeva küçəsində 168-ci evin mənzillərindən birində girov götürülməsi barədə məlumat daxil olub. Hadisə yerinə təcili olaraq polisin kompleks qüvvələri, "Arlan" xüsusi dəstəsinin döyüşçüləri, eləcə də DİD-in və Departamentin rayon idarəsinin operativ-axtarış qrupları gəliblər", - şəhər polisindən məlumat veriblər.

"Həyəcanlı məlumat təsdiqini tapıb. Birinci mərtəbədə yerləşən mənzillərdən birinin 40 yaşlı sakini bizə məlumat verib ki, girovluqda bıçaq hədəsi ilə Azərbaycandan olan iki kirayənişini girov saxlayır. Şifahi danışıqlar zamanı kişi ona narkotiklərin gətirilməsini tələb edib. Əks təqdirdə o, girov saxlanılanları öldürəcəyi və evi partladacağı ilə hədələyib. Həmin an dördmərtəbəli evin bütün sakinlərinin təcili təxliyyəsi təşkil edilib. Həmin vaxt öz otaqlarında 36 sakin olub. Onların hamısı təhlükəsiz yerə aparılıb. Ehtiyat tədbirləri qismində evin elektrik enerjisi, su və qaz təchizatı kəsilib. Yeri gəlmişkən, cinayətkar sonuncudan tələblərin yerinə yetirilməyəcəyi təqdirdə istifadə edəcəyi ilə hədələyib", - Almalı rayonu DİD yanında polis şöbəsinin rəisi, polkovnik Murad İbrayev deyib.

Mətbuat xidmətinin məlumatına əsasən, polislər itkidən və xəsarət almadan çəkinmək üçün sayılı dəqiqələrdə Aleksandra heroin təqdim ediblər. Kişi narkotiki almaq üçün qapını açarkən zərərsizləşdirilib.

"Xoşbəxtlikdən heç kəs xəsarət almayıb. Vətəndaş A. isə törətdiyi cinayəti tamamilə boynuna alıb və əlavə edib ki, heroinin növbəti dozasını almaq üçün başqa yol görməyib. Məlum olub ki, kişi 13 ildir narkotik aludəçisidir", - İbrayev deyib.

Girovların azad edilməsi üzrə bütün əməliyyat 25 dəqiqə çəkib. Məlum olub ki, xilas edilən azərbaycanlı gənclər kafedə ofisiant işləyiblər.

Xəbər lenti

Xəbər lenti