...

Yasamal rayon sakini intihar edib

Hadisə Materials 15 Dekabr 2011 09:32 (UTC +04:00)
Bakının Yasamal rayon prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, dekabrın 14-dən 15-ə keçən gecə, saat 01:00 radələrində 11-ci Xreptovı küçəsi, ev 183 A-da yaşayan Qəribəli Yusif oğlu Zeynalov sirkə turşusu zəhərlənməsi ilə Kliniki Tibbi Mərkəzə qəbul edilib.
Yasamal rayon sakini  intihar edib

Azərbaycan, Bakı, 15 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Yasamal rayon sakini sirkə turşusu içərək intihar edib.

Bakının Yasamal rayon prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, dekabrın 14-dən 15-ə keçən gecə, saat 01:00 radələrində 11-ci Xreptovı küçəsi, ev 183 A-da yaşayan Qəribəli Yusif oğlu Zeynalov sirkə turşusu zəhərlənməsi ilə Kliniki Tibbi Mərkəzə qəbul edilib.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb və saat 06:00 radələrində dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon prokurluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti