...

Bakıda avtomobil qaçıran Gürcüstan vətəndaşı saxlanılıb

Hadisə Materials 15 Dekabr 2011 12:15 (UTC +04:00)
Bakı polisi avtomobil qaçıran Gürcüstan vətəndaşını saxlayıb.
Bakıda avtomobil qaçıran Gürcüstan vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 15 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi avtomobil qaçıran Gürcüstan vətəndaşını saxlayıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 13-də Gürcüstan vətəndaşı Seymur Peikanov Səbinə Axundovaya qarşı zor tətbiq edərək "BMW" markalı avtomaşını ondan alıb.

Peikanov avtomaşınla birgə Nobel prospektində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dünən saxlanılıb və Xətai RPİ-nin 35-ci polis bölməsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti