...

Türkiyə HHQ kürd separatçıların mövqelərinə zərbələr endirib

Hadisə Materials 19 Dekabr 2011 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Hərbi Hava Qüvvələri (HHQ) dekabrın 18-də Kürd Fəhlə Partiyasından (PKK) olan kürd separatçılarının mövqelərinə növbəti zərbələr endirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Sabah" qəzeti yazır.

F-16 qırıcıları separatçıların İraqın şimalı ilə həmsərhəd olan Diyarbəkir vilayətindəki Zap və Metina adlanan ərazilərdəki düşərgələrinə raket zərbələri endiriblər.

Həlak olan və yaralanan yaraqlılar barədə məlumat verilmir.

Avqust-sentyabr aylarında Türkiyə HHQ PKK yaraqlılarının Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra mütəmadi olaraq terrorçuların hədəflərinə avia zərbələr endirib. Nəticədə 300-ə yaraqlı məhv olub. Türkiyə ordusunun Baş qərargahı bəyan edib ki, İraqın şimalında separatçıların fəaliyyətini diqqətlə izləyəcək və yeni hədəflər aşkarlanarsa, hava əməliyyatları həyata keçirəcək.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti