Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Bakıda avtodayanacağın gözətçisi qaçırdığı avtomobillə qəza törədib.
Trend-in cümə axşamı Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də saat 03:05 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, şəhər sakini Rüfət Xankişizadə gözətçi işlədiyi dayanacaqdan Vüqar Zöhrabova məxsus "Mercedes" markalı avtomaşını qaçırıb.
Xankişizadə avtomobili idarə edərkən onu maneəyə vurub.
Xəsarət almış Xankişizadə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.