Son iki abzas əlavə edilib
Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Masazır gölünə təyyarə düşüb.
Hüquq-mühafizə orqanlarındakı mənbədən cümə günü Trend-ə bildiriblər ki, hadisə bu gün səhər saatlarında təlim məqsədilə uçuş həyata keçirilərkən baş verib.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Hadisənin səbəbi araşdırılır.
Trend-in əldə etdiyi məlumata görə, qəzaya uğrayan təyyarə hərbi təyyarə deyil. Təyyarə Zabrat aeroportuna enməli idi.
Hüquq-mühfizə orqanlarındakı mənbələrdən Trend-ə bildiriblər ki, ilkin məlumata görə, qəza nəticəsində ölən olmayıb.
Şahidlərin hadisə yerindən verdiyi məlumata görə, hazırda FHN-in əməkdaşları göldən təyyarəni çıxardırlar.
Abşeron rayon prokurorluğundan cümə günü Trend-ə bildiriblər ki, qəzaya uğrayan "AN-2" təlim təyyarasi Masazır duz gölünə düşüb.
İlkin araşdırmalara görə, təyyarə texniki nasazlıqdan qəzaya uğrayıb.
Prokuruluğun məlumatına görə, təyyarə "Azərbaycan Hava Yolları" QTSC-yə məxsus olub.
Qəza zamanı təyyardə 2 pilot olub. Olnalar xəsarət almayıblar.
Araşdırmanı FHN aparır.