...

Azərbaycan Daxili Qoşunlarının xanım əsgəri ölüb

Hadisə Materials 28 Dekabr 2011 15:41 (UTC +04:00)
Etibarlı mənbənin Trend-ə verdiyi məlumata görə, Daxili Qoşunların əsgəri, 1989-cu il təvəllüdlü Kazımova Səhrayə Kazım qızı Sabunçu rayonundakı evində dünyasını dəyişib.

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili Qoşunların əsgəri ölüb.

Etibarlı mənbənin Trend-ə verdiyi məlumata görə, Daxili Qoşunların əsgəri, 1989-cu il təvəllüdlü Kazımova Səhrayə İsmayıl qızı Sabunçu rayonundakı evində dünyasını dəyişib.

İlkin məlumata görə, o, ürək çatışmazlığından dünyasını dəyişib. Kazımova Qəbələ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Daxili Qoşunların mətbuat xidmətindən əsgərin ölüm xəbərini təsdiqləyiblər, lakin ölümünün səbəbi barədə məlumatsız olduğunu deyiblər. Bildiriblər ki, Daxili Qoşunların hospitalında karguzar kimi çalışmış Kazımova məzuniyyətdə olub.

Xəbər lenti

Xəbər lenti