...

Azərbaycanda baş verən avtomobil qəzalarında 8 nəfər ölüb, 20-si yaralanıb

Hadisə Materials 4 Yanvar 2012 15:24 (UTC +04:00)
Azərbaycanda ötən iki gün ərzində baş verən avtomobil qəzalarında 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
Azərbaycanda baş verən avtomobil qəzalarında 8 nəfər ölüb, 20-si yaralanıb

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ötən iki gün ərzində baş verən avtomobil qəzalarında 8 nəfər ölüb, 20 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü bildirilib.

Yanvarın 2-də saat 10:00 radələrində Sabirabad rayonu ərazisində, Bulaqlı kənd sakini Qabil Gözəlov "VAZ-21099" markalı avtomaşını idarə edərkən rayon sakini Bəhram Astanovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Həmin gün digər hadisə saat 21:00 radələrində Sabirabad rayonunun Cəngən kəndi ərazisində baş verib. Rayon sakini Taleh Həsənov "VAZ-2107" markalı avtomaşını idarə edərkən kənd sakinləri Mübariz Vəliyevi və Damət Soltanovu vurub. Xəsarət alan sürücü və iki piyada xəstəxanaya yerləşdirilib. Soltanov orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Yanvarın 2-də saat 14:30 radələrində Hacıqabul rayonu ərazisində rayon sakini Həmid Hüseynov "VAZ-21060" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Həftənin ilk günü saat 23:00 radələrində Bərdə rayonunun Qaradırnaq kəndi ərazisində isə kənd sakini Əli Qaraşov "Moskviç" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sərnişinləri - 8 yaşlı Zərqələm Bayramlı hadisə yerində ölüb, Yeganə Bayramova isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Dünən saat 22:00 radələrində Yevlax şəhəri ərazisində, şəhər sakini Faiq Xəlilovun idarə etdiyi "QAZel" və Bərdə rayon sakini Bayram Qurbanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Xəsarət almış Qurbanov və sərnişinləri - oğlu Zaur, qohumu 4 yaşlı Vaqif Dadaşov, habelə Elmira Əliyeva xəstəxanaya yerləşdiriliblər. Qurbanov orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Dünən saat 15:30 radələrində isə Şəki şəhəri ərazisində şəhər sakini Qalib Məsimov "MAZ" markalı avtomaşını idarə edərkən yolu keçən Nişanə Əhmədova və onun anası Sədayəni vurub. Nəticədə Əhmədova hadisə yerində ölüb, xəsarət almış Sədayə isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Yanvarın 3-də saat 20:30 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Vaqif Mürvətov "Daewoo" markalı xətt avtobusunu idarə edərkən Mətanət Qəmbərovanı vurub. Piyada hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti