...

Bakı-Şamaxı yolunda üç nəfərin ölümü ilə nəticələnən yol qəzasına dair rəsmi məlumat yayılıb

Hadisə Materials 5 Yanvar 2012 11:49 (UTC +04:00)
Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində ağır yol qəzası olub.
Bakı-Şamaxı yolunda üç nəfərin ölümü ilə nəticələnən yol qəzasına dair rəsmi məlumat yayılıb

Azərbaycan, Bakı, 5 yanvar / Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində ağır yol qəzası olub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 4-də saat 13:00 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Sərhan Məmmədəliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olan 1966-cı il təvəllüdlü Bakı şəhər sakini Raqil Fərzəliyevin idarə etdiyi "Opel" markalı maşın toqquşub.

Nəticədə "Opel"in sürücüsü, sərnişinləri 1981-ci il təvəlüdlü Bakı şəhər sakini Natiq Quliyev, onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Rasimə Quliyeva hadisə yerində ölüblər.

"Opel"in sərnişini, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş 1973-cü il təvəllüdlü Ədalət Məmmədov, "Lexus"dakı sərnişin 1968-ci il təvəllüdlü Eldar Alıyev ağır bədən xəsarətləri ilə Respublika Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti